Quba–Xınalıq yolunda yenidən sürüşmə olub, 8 kəndlə nəqliyyat əlaqəsi kəsilib

Baş səhifə

Bakı. Trend:

Quba–Xınalıq avtomobil yolunun 30-cu kilometrində yenidən torpaq
sürüşməsi qeydə alınıb. Torpaq kütləsi və iri qaya parçaları yolun
hərəkət hissəsinə tökülüb. Bunun nəticəsində Xınalıq istiqamətində
yerləşən 8 kəndin Quba rayon mərkəzi ilə nəqliyyat əlaqəsi
müvəqqəti kəsilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)
Trend-in sorğusuna
cavab olaraq bildirilib ki, hadisə yerinə xüsusi texnika və canlı
qüvvə cəlb olunub. Hazırda yolun torpaq və qaya parçalarından
təmizlənməsi, nəqliyyatın hərəkətinin tam bərpası üçün işlər
görülür.




Qeyd edək ki, sentyabrın 30-da da həmin ərazidə torpaq sürüşməsi
baş verib və yol bir müddət nəqliyyat vasitələrinin hərəkətinə
bağlanıb.