Kəlbəcərdə Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
əziz xatirəsi Kəlbəcər şəhərində bir dəqiqəlik sükutla yad
olunub.

Anım Günü ilə əlaqədar Kəlbəcər şəhərinin mərkəzi dairəsində
toplaşan iştirakçılar şəhidlərin xatirəsinə dərin ehtiramlarını
ifadə ediblər.

Saat 12:00-da rayon ərazisində nəqliyyat və piyadaların hərəkəti
dayandırılıb, avtomobillər tərəfindən səs siqnalları verilib və
şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində Kəlbəcər rayonu ictimaiyyəti, rayon ziyalıları,
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonda
fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid
ailələri və rayon sakinləri iştirak ediblər.