Kreml Ermənistanı Rusiya qazı ilə bağlı xəbərdar edib

Baş səhifə

Bakı.Trend:

Kreml Ermənistanı Rusiya qazı ilə bağlı xəbərdar
edib.

“Nezavisimaya” nəşrinin məlumatına görə, Rusiya
Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistan
Təhlükəsizlik Şurasının katibi Allen Simonyanın İrəvanın qazı
“mümkün olan hər yerdən” alacağı barədə sözlərini şərh edərkən bu
barədə danışıb.




Rusiya Təhlükəsizlik Şurasında vurğulanıb ki, Rusiya
qazı Ermənistan üçün digər ölkələrdən tədarük olunan qazdan xeyli
ucuzdur.

“Şübhə yoxdur ki, Ermənistan üçün Rusiyanın “mavi
yanacağından” imtina etmək Almaniya və ya digər Avropa ölkələri ilə
müqayisədə daha çətin olacaq”, – deyə o bildirib.