Xətai rayonunda anbarda yanğın məhdudlaşdırılıb- FOTO – YENİLƏNİB

Baş səhifə

Xətai rayonunda anbarda baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının tam söndürülmədi üçün tədbirlər davam etdirilir.

***

14.29

Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullamtıları yığılmış anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Ətraflı məlumat veriləcək.