
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının II
təsnifat mərhələsində cavab oyununu keçirib.
İstanbul təmsilçisi Polşada “Qurnik”lə üz-üzə gəlib. “Zabje
Arenası”nda reallaşan görüşdə heç-heçə qeydə alınıb.
İstanbulda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan
Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən növbəti raunda
vəsiqə qazanıb.
“Fənərbağça” III təsnifat mərhələsində “Şturm” (Avstriya) klubu
ilə üz-üzə gələcək.
Qeyd edək ki, növbəti raundun ilk matçları avqustun 4-5-də,
cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.

