Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir

Baş səhifə

Şuşa.Trend:

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında
çıxışı zamanı dünyada cərəyan edən müharibə və münaqişələr, o
cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini
bölüşüb.

Dövlətimizin başçısı Rusiya-Ukrayna müharibəsi ilə bağlı deyib:
“Məncə artıq çoxdan dərk edilməli idi ki, bu müharibə
dayandırılmalıdır və bu, dərhal baş verməlidir. Bu, Azərbaycanın
mövqeyidir, bu, mənim insani mövqeyimdir”.