Azərbaycan şahmatçısı Özbəkistanda keçirilən turnirin qalibi olub

Baş səhifə

Bakı. Trend:

Özbəkistanda təşkil olunan “UzChess Cup” ənənəvi beynəlxalq
şahmat turniri sona yaxınlaşır.

Son tur ərəfəsində “Challenge” bölməsində qalib məlum olub. 7
turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı
birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı
sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə
aparacaq.




Nəticədən asılı olmayaraq Məhəmməd Muradlı yarışda birinci
pilləni qoruyacaq.