
Bakı. Trend:
İranın Ali Milli Təhlükəsizlik Şurası İsrailin Livana yenidən
hücumları fonunda münaqişənin həlli ilə bağlı ABŞ ilə dialoqu davam
etdirmək qərarına gəlib.
Bu barədə İran prezidenti Məsud Pezeşkian deyib.
“Ali Milli Təhlükəsizlik Şurası danışıqların davam etdirilməli
olduğu qənaətinə gəlib”, – deyə o bildirib.
İran prezidenti qeyd edib ki, hazırda bir çox media orqanı
keçmiş Ali Lider Əli Xameneinin ABŞ ilə danışıqların aparılmasının
yolverilməzliyi ilə bağlı açıqlamalarını dərc edir, lakin
prezidentin sözlərinə görə, o, bir dəfə bu məsələni Xamenei ilə
şəxsən müzakirə edib və “o zaman o, danışıqların ləyaqətli şərtlər
altında aparılmasına və davam etdirilməsinə icazə verib”.
İran prezidenti həmçinin əlavə edib ki, son hadisələrə
baxmayaraq, Tehran qonşu ölkələrlə yaxşı münasibətləri bərpa edə
bilib.

