
Bakı. Trend:
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21
yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk
yoxlama oyununa çıxıb.
AFFA-dan Trend-ə
verilən məlumata görə, U-21 Bəhreynin müvafiq yaş qrupundan ibarət
komandası ilə qarşılaşıb. Rəşad Eyyubovun yetirmələri rəqibin
qapısından 3 cavabsız top keçirərək, böyükhesablı qələbə qazanıblar
– 3:0. Komandamızın heyətində qolları 32-ci dəqiqədə Qurban
Səfərov, 87-ci dəqiqədə Nihad Əhmədzadə və 89-cu dəqiqədə Lorenzo
Mezzotero vurublar.
Qeyd edək ki, U-21 toplanış çərçivəsində növbəti yoxlama oyununu
iyunun 9-da Qırğızıstan yığmasına qarşı keçiriləcək.

