Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcək

Baş səhifə

Bakı. Trend:

1–5 iyun tarixlərində Niderland Krallığının Şərq Tərəfdaşlığı
üzrə xüsusi elçisi Rein Dekkers və Bağlantılar üzrə xüsusi elçisi
Bernhard Kelkes “Baku Energy Week”-də iştirak etmək məqsədilə
Azərbaycana işgüzar səfər edəcəklər.

Trend xəbər
verir ki, bu barədə Niderlandın Azərbaycandakı Səfirliyi sosial
media hesabında məlumat paylaşıb.

Məlumata görə, səfər çərçivəsində nümayəndələrin bağlantılar,
enerji və regional əməkdaşlıq sahələrini əhatə edən bir sıra
görüşlərdə iştirakı nəzərdə tutulur.




Səfər zamanı hökumət nümayəndələri ilə görüşlərin keçirilməsi,
Bakı Enerji Forumunda iştirak, ADA University-də təqdimatların
təşkili, Orta dəhlizdə fəaliyyət göstərən Holland və Azərbaycan
logistika şirkətləri ilə görüşlər, Qarabağa səfər, eləcə də
beynəlxalq maliyyə institutları ilə görüşlərin həyata keçiriləcəyi
gözlənilir.

“Yaxın günlərdə görüşlərlə bağlı daha ətraflı məlumat
paylaşacağıq. İnanırıq ki, bu səfər Azərbaycan və Niderland
arasında iqtisadi əməkdaşlıq sahəsində yeni dialoq və
tərəfdaşlıqların inkişafına töhfə verəcək”, – paylaşımda qeyd
olunub.