Slovakiya Milli Şurasının sədri Azərbaycana gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 12-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard
Raşi Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı və
onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisin sədr
müavini Musa Qasımlı, Azərbaycan-Slovakiya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın
Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları
qarşılayıblar.