Azərbaycanın parataekvondo millisi Avropa çempionatında iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın parataekvondo millisi Almaniyanın Münhen şəhərində
təşkil olunacaq Avropa çempionatında iştirak edəcək.

Trend-in
məlumatına görə, yığmamız K44 kateqoriyası üzrə altı idmançı ilə
yarışa qatılacaq. Kişilərdən Sabir Zeynalov (58 kq), Amin Əliyev
(63 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq) və Orxan
Cəfərov (80 kq) tatamiyə çıxacaqlar. Qadınların yarışında isə
Səmayə Həsənova (47 kq) Azərbaycanı təmsil edəcək.




Komandaya Avropa çempionatında baş məşqçi Fərid Tağızadə
rəhbərlik edəcək.