İsrailin Livana hava hücumları nəticəsində 13 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın
cənubundakı “Hizbullah”ın dayaq məntəqələri olan yaşayış
məntəqələrinə bir sıra zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə Livan Səhittə Nazirliyi
xəbər verib.

Bildirilib ki, nəticədə 24 saat ərzində ən azı 13 nəfər həlak
olub, 14 nəfər yaralanıb.




“Nəbatiyə şəhərinə edilən hava hücumunda iki mülki müdafiə
işçisi də daxil olmaqla beş livanlı həlak olub. Nəbatiyyə
yaxınlığındakı Cibşitdə biri Livan ordusu əsgəri də daxil olmaqla
dörd nəfər həlak olub”, – deyə bildirilib.

Bint Jbeil sərhəd rayonundakı Kfar Dunin kəndinin bombalanması
nəticəsində bir qadın və bir uşaq da daxil olmaqla daha dörd sakin
həlak olub.