
Bu ilin I rübündə Maliyyə Nazirliyi 34 hüquqi akt layihəsi hazırlayıb.
“Report” bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu sənədlərin 23-ü təsdiqlənib.
Hesabat dövründə hazırlanan hüquqi akt layihəsinin 4-ü qanun, 9-u Prezidentin fərmanı, 3-ü Nazirlər Kabinetinin qərarı, 17-si Prezidentin sərəncamı, 1-i isə Maliyyə Nazirliyinin Kollegiya qərarı olub.
Həmçinin yanvar-mart aylarında nazirliyə digər qurumlardan 293 hüquqi akt layihəsi daxil olub, 222 layihəyə rəy verilib, 71 layihəni nazirliyin rəhbərliyi vizalayıb, eləcə də 2025-ci ildə hazırlanmış 12 layihə cari ildə qəbul edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


