Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Baş səhifə
Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Göygöl rayonunda avtomobil qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.