Bakı. Trend:
Sudandan həyata keçirilən pilotsuz təyyarə hücumu nəticəsində
Çadda ən azı 16 nəfər həlak olub.
Trend xəbər verir
ki, bu barədə Çadın “Alwihda” portalı məlumat yayıb.
Hücum Çadın Sudanla sərhəddə yerləşən Tine şəhərində baş verib.
Pilotsuz təyyarə mədrəsəyə partlayıcı qurğu atıb.
Xatırladaq ki, fevralın 23-də Çad hökuməti Sudan silahlı
qruplarının ərazisinə keçməsinin qarşısını almaq məqsədilə sərhədi
bağlamışdı. Bu qərar, Sudanın Çadla sərhəd yaxınlığındakı Şimali və
Qərbi Darfur əyalətlərində döyüşlərin intensivləşməsi fonunda qəbul
edilmişdi.

