“Saudi Aramco” Fars körfəzindəki ən böyük neft emalı zavodunun fəaliyyətini bərpa edib

Baş səhifə
Saudi Aramco Fars körfəzindəki ən böyük neft emalı zavodunun fəaliyyətini bərpa edib

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti martın 13-də krallığın Fars körfəzi sahilində, Ras-Tannurada yerləşən və martın 2-də PUA hücumundan sonra dayandırılmış ən böyük NEZ-inin (neft emalı zavodu) işini bərpa edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

NEZ-in emal gücü sutkada 550 min barel təşkil edir.