Bakı. Trend:
İsveç və Norveç nüvə silahları ilə bağlı mövcud siyasətlərini
dəyişdirməyi planlaşdırmırlar, lakin Avropada nüvə çəkindirməsi
sahəsində Fransa ilə mümkün əməkdaşlığa hazır olduqlarını
bildiriblər.
Trend xəbər verir
ki, bu barədə iki ölkənin hökumət başçıları bazar günü Norveçin
paytaxtı Osloda keçirilən birgə mətbuat konfransında məlumat
veriblər.
İsveçin Baş naziri Ulf Kristersson çıxışı zamanı qeyd edib ki,
ölkənin siyasətinə əsasən sülh dövründə İsveç ərazisində nüvə
silahlarının yerləşdirilməsi nəzərdə tutulmur və Stokholm bu
mövqeyini dəyişdirməyi planlaşdırmır. Onun sözlərinə görə, İsveç
Şimali Atlantika Alyansının birgə nüvə çəkindirmə mexanizmi
çərçivəsində etibarlı şəkildə müdafiə olunur.
Norveçin Baş naziri Yonas Qar Störe isə bildirib ki, Oslo
Avropada təhlükəsizlik məsələləri çərçivəsində Fransa ilə mümkün
strateji əməkdaşlıq imkanlarını müzakirə etməyə açıqdır.
Bununla yanaşı, o vurğulayıb ki, Norveç də nüvə siyasətində
dəyişiklik etməyi planlaşdırmır və ölkə ərazisində nüvə
silahlarının yerləşdirilməsi nəzərdə tutulmur. Störenin sözlərinə
görə, əsas məqsəd NATO-nun kollektiv nüvə çəkindirmə sisteminin
zəifləməsinə yol verməməkdir.

