Bərdədə yük maşını ilə minik avtomobili toqquşub – ölən var

Baş səhifə

Bərdə. Trend:

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.

Trend-in
yerli müxbirinin məlumatına görə, qəza ötən gecə rayonun Gərənə
kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov
idarə etdiyi “VAZ-2106” markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı
minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük
avtomobili ilə toqquşub.




Qəza nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov aldığı
ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.