Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

Baş səhifə
Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də İstanbulda fövqəladə sammit keçirəcəklər.

“Report” xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev sosial şəbəkələrdə bildirib.

“Sabah İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçiriləcək və burada əsas regional və qlobal hadisələr müzakirə olunacaq. Biz türk dünyasında əməkdaşlığı gücləndirməyə davam edəcəyik”, – o yazıb.