Uitkoff ABŞ-İran danışıqlarındakı “qırmızı xətti” açıqladı

Baş səhifə

Bakı. Trend:

ABŞ İranın uranın zənginləşdirilməsindən imtina etməsində israr
edir. Bu, Vaşinqtonun danışıqlardakı “qırmızı xətti”dir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi
Stiven Uitkoff bildirib.




“Biz ora getməzdən əvvəl, [ABŞ Prezidenti Donald Tramp] mənə və
Cared [Kuşnerə] göstərişlər verdi, qırmızı xətlər göstərdi –
zənginləşdirməyə ehtiyac yoxdur, bütün materialları götürməliyik”,
– deyə o qeyd edib.

ABŞ prezidentinin xüsusi nümayəndəsi iddia edib ki, bir həftə
ərzində Tehran nüvə bombası yaratmaq üçün lazım olan səviyyəyə
qədər zənginləşdirilmiş urana sahib olacaq. O əlavə edib ki, ABŞ
prezidenti İranın təzyiqə və və ABŞ hərbi qüvvələrinin Yaxın Şərqə
yerləşdirilməsinə baxmayaraq “təslim olmaq istəməməsi”
təəccüblənir.