Bakı. Trend:
Əfqanıstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir
ki, hadisə ölkənin şimalında yerləşən Bədəxşan vilayətində qeydə
alınıb.
Məlumata görə, qəza nəticəsində azı 12 sərnişin həyatını itirib,
üç nəfər isə ağır yaralanıb.
Yerli rəsmilərin bildirdiyinə görə, yol-nəqliyyat hadisəsi
sərnişin avtobusunun idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində
baş verib.

