
Bakı. Trend:
İngiltərənin “Mançester Yunayted” klubunun heyətində ciddi itki
baş verib.
Trend xəbər
verir ki, “qırmızı şeytanlar”ın müdafiəçisi Patrik Dorqu sıradan
çıxıb.
Danimarkalı futbolçu Premyer Liqanın 23-cü turunun “Arsenal”la
matçında (3:2) bud əzələsindən zədə alıb. 21 yaşlı sol cinah
müdafiəçisi təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Mançester Yunayted” Patrik Dorqunu 2025-ci ilin
fevralında “Leççe”dən 30 milyon avroya transfer edib.


