
Bakı.Trend:
Əməliyyat qurumları tərəfindən 114 cinayət işi başlanılmış,
keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya
cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb.
Trend xəbər
verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində 2025-ci ilin yekunlarına həsr olunmuş
əməliyyat müşavirəsi zamanı məlumat verilib.
Bildirilib ki, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 174
şəxs barəsində 104 cinayət işi baxılması üçün məhkəmələrə
göndərilib.
Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti
üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə
baxışındadır.


