
Gürcüstan Prezidenti Mixeil Kavelashvili dini Xaç suyuna salınma bayramı ilə əlaqədar olaraq 159 məhbusu əfv edib.
“Report”un məlumatına görə, bu barədə dövlət başçısının Mətbuat xidməti açıqlama yayıb.
“Prezident Konstitusiyanın ona verdiyi istisna səlahiyyətlərdən istifadə edərək 159 məhbusu əfv edib”, – bəyanatda qeyd olunub.
Məlumata əsasən, əfv humanizm prinsipi və dövlət maraqları əsasında həyata keçirilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


