Almaniya ABŞ hərbi bazalarının icarə haqqını artıra bilər

Baş səhifə

Bakı. Trend:

Almaniya ABŞ-nin tətbiq etdiyi tariflərə cavab olaraq ölkə
ərazisində yerləşən Amerika hərbi bazalarından istifadə üçün icarə
haqqını əhəmiyyətli dərəcədə artırmağı nəzərdən keçirir.

Trend-in
məlumatına görə, bu barədə Britaniyanın “The Times” qəzeti
Berlindəki mənbəyə istinadla məlumat yayıb.




Məlumata görə, Almaniyadakı Amerika hərbi bazalarının bağlanması
variantı nəzərdən keçirilmir.

ABŞ Prezidenti Donald Tramp yanvarın 17-də elan edib ki,
Birləşmiş Krallıq, Almaniya, Danimarka, Niderland, Norveç,
Finlandiya, Fransa və İsveçə 10% tarif tətbiq ediləcək, 1 iyunda
isə tarif 25%-ə qədər artırılacaq.