
Bakı. Trend:
Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar
edilib.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkənlər polisə
müraciət edərək evlərindən məişət əşyalarının talandığını
bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb.
Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Araşdırmalar davam etdirilir.


