
“Expressbank” ASC Biznes Bankçılıq imkanlarını genişləndirməkdə davam edir.
Belə ki, artıq “Expressbank”ın Biznes Bankçılıq müştəriləri Biznes krediti,
İnvoys maliyyələşdirilməsi və Overdraft sifarişi üçün filiala yaxınlaşmadan, internet bankçılıq platforması üzərindən müraciət edə bilərlər.
“Expressbank” biznes müştərilərinə illik 12%-dən başlayan faiz dərəcəsilə 60 aya qədər müddətdə 5 000 000 AZN-ə qədər biznes kreditləri təklif edir. Üstəlik 24 aya qədər güzəşt müddəti tətbiq olunur. Yəni kreditin əsas məbləği üzrə ödənişə 24 ay sonra başlamaq imkanı var.
Həmçinin Bankın Biznes Bankçılıq xidmətlərinin Bank müştərilərinə hər zaman əlçatan olmasını təmin edən “Express Business” tətbiqi aktivdir.
Bankın Biznes Bankçılıq xidmətləri haqqında daha çox məlumat alaraq sizə lazım olan xidmət üçün müraciət edə bilərsiniz.
2025-ci ildə “Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank”ın uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
“Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram“, “Facebook“, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
“Expressbank” Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


