“Ayntraxt Frankfurt” heyətini gücləndirib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Ayntraxt Frankfurt” klubu Çempionlar Liqasında
“Qarabağ”la qarşılaşma ərəfəsində heyətini gücləndirməyə davam
edir.

Trend xəbər verir
ki, Bundesliqa təmsilçisi “Hoffenhaym”ın ikinci komandasında çıxış
edən hücumçu Ayub Amaymuni Eşquyabı transfer edib. 21 yaşlı
futbolçu ilə beş illik müqavilə imzalanıb.

Cari mövsümdə Ayub 18 oyunda iştirak edərək 9 qol vurub və 6
məhsuldar ötürmə edib.




Bundan əvvəl “Ayntraxt” Almaniyanın “Elfersberq” klubundan
hücumçu Yunus Ebnutalibini də heyətinə qatıb.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də
Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək.