Azərbaycan Basketbol Liqasında XI tura start veriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında XI tura start veriləcək

Azərbaycan Basketbol Liqasında bu gün XI tura start veriləcək.

“Report”un məlumatına görə, ilk oyun günündə 2 görüş baş tutacaq.

Bakı İdman Sarayında “Ordu” “Naxçıvan”la üz-üzə gələcək. “Sumqayıt” isə Sumqayıt Olimpiya İdman Kompleksində “Lənkəran”ı sınağa çəkəcək.

Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, daha iki matç sabah baş tutacaq. XI turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” matçları təxirə salınıb.