Premyer Liqada XVI tur: “Araz-Naxçıvan” qalib gəldi

Baş səhifə

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Metbuat.az günün ikinci matçında “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 26 xalla altıncı, “Şamaxı” 20 xalla səkkizincidir.

Günün ilk matçında “Qarabağ” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, XVI tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.