Bakı. Trend:
Braziliyalı tanınmış futbolçu Tiaqo Silva özünə yeni komanda
tapıb.
Trend-in
məlumatına görə, 41 yaşlı müdafiəçi Portuqaliyanın “Portu”
komandasına keçib.
Onunla 1 illik müqavilə imzalanıb. Klub təcrübəli oyunçu ilə
sözləşməni daha 6 ay uzada bilər.
Xatırladaq ki, Tiaqo Silva son olaraq Braziliyanın “Fluminense”
klubunda oynayıb.

