Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Almaniya və Fransa Qərbi Balkan ölkələri və Moldovanın Avropa
İttifaqına (Aİ) mərhələli inteqrasiyasını nəzərdə tutan qeyri-rəsmi
sənəd hazırlayıblar.

Trend-in
məlumatına görə, bu barədə “Politika” məlumat yayıb.

Nəşrin yazdığına görə, plan namizəd ölkələrin danışıqlardakı
irəliləyişindən asılı olaraq onlara Aİ-nin daxili bazarına çıxış
imkanının verilməsini və bəzi Avropa qurumlarında müşahidəçi
statusu əldə etməsini nəzərdə tutur.




Sənəd müəllifləri hesab edirlər ki, mərhələli inteqrasiya
namizəd ölkələrdə islahatların sürətləndirilməsinə əlavə stimul
verəcək.

Qərbi Balkanlar–Aİ sammiti iyunun 5-də Tivat şəhərində
keçiriləcək. Hazırda Albaniya, Bosniya və Herseqovina, Gürcüstan,
Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro
Aİ üzvlüyünə namizəd ölkələr sırasındadır.