
Bakı. Trend:
Layiq olmayan insanlara layiq olmadığı elmi adları verməyin sonu
yaxşı deyil.
Trend xəbər
verir ki, bunu elm ve təhsil naziri Emin Əmrullayev Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Konstitusiya və
Suverenlik İli”nə həsr olunmuş Doktorantların və Gənc
Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII)
açılış mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elm adamları hamısı kimin necə alim
olduğunu bilir:
“Bunu açıq şəkildə deməliyik. Alimlərin birbirinə münasibəti
dürüst deyilsə, öz nüfuzlarını da qorumurlar. Alim adını qorumaq
üçün yalançı alimlərdən qorumaq lazımdır. Layiq olmayan insanlara
layiq olmadığı adları verməyin sonu yaxşı deyil. Son illər işlər
görülür, amma inzibati qaydada tənzimləmək çətindir. Xaricdə
məqaləsi yayımlanmayan, məqaləsi, istinadı olmayan adamın özünə
alim deməsi ayıbdır”.


