Bilgəhdə qəsəbəsində gənc dənizdə batıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda
xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1
nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri
axtarışlara cəlb olunub.




Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il
təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti suda tapılıb
çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.