Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda (FOTO)

Baş səhifə

Bakı. Trend:

Vətən müharibəsindəki tarixi Zəfərimizdən bəhs edən “44” bədii
filminin tezliklə premyerası olacaq.

Artıq filmin treyleri ictimaiyyətə təqdim edilib.




Filmdə bir sıra tanınmış azərbaycanlı aktyorlarla yanaşı,
türkiyəli aktrisa Özge Gürel də rol alıb.

1987-ci il doğumlu Özge Gürel Türkiyənin tanınmış
aktrisalarındandır. Özge Gürel karyerasına 2010-cu ildə “Kızım
nerede?” (“Qızım haradadı?”) serialı ilə başlayıb və bu günədək
“Kiraz Mevsimi” (“Gilas mövsümü”), “Dolunay”, “Bay Yanlış” (“Cənab
Səhv”) kimi məşhur seriallardakı baş rolları ilə şöhrət qazanıb.
“Kar Kırmızı” filmindəki roluna görə Türkiyədə 57-ci Qızıl Portağal
Film Festivalında “Ən yaxşı qadın oyunçu” kateqoriyasının nominantı
olub. 2015-ci ildə “İlin ən yaxşı komediya aktrisası”, “Ən yaxşı
nailiyyət əldə edən aktrisa” nominasiyalarında mükafatlara layiq
görülüb. Özge rol aldığı seriallarla Türkiyənin ən populyar
televiziya simalarından biri olub, o cümlədən xaricdə də sevilən
auditoriyaya sahibdir. Onun rol aldığı “Kiraz Mevsimi” serialı
İtaliyanın məşhur “Canale 5” televiziya kanalında yayımlanıb və bu,
İtaliyada nümayiş olunan ilk türk filmi olub. Bunun ardından Özge
2025-ci ildə İtaliyada keçirilən “Italian Global Series Festival”da
“Beynəlxalq Ulduz” mükafatına layiq görülüb.