Qubada kişi dəm qazından boğulub

Baş səhifə

Qubada kişi dəm qazından boğulub.

APA xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib.

Rayon sakini Vüqar Atayev evinin həyətində olan hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.