İlk dəfə olaraq ölkədaxili sifarişli sərnişin və yükdaşıma sürücüləri təlimlərə cəlb edilirlər

Baş səhifə

Bakı.Trend:

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər əsasında
ölkədaxili sifarişli sərnişin və yük daşımalarını həyata keçirən
sürücülər peşə hazırlığı təlimlərinə cəlb olunurlar.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən dəyişikliklərin icrası çərçivəsində
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sürücülər
üçün peşə hazırlığı təlimləri təşkil olunub.




Peşə hazırlığı təlimlərini ümumilikdə 745 nəfər müvəffəqiyyətlə
tamamlayıb.

Təlimlərin yekunu olaraq isə iyulun 14-də Dövlət İmtahan
Mərkəzində ilk dəfə imtahan təşkil olunub. İmtahan nəticələrinə
əsasən, namizədlərdən 243 nəfəri uğurlu nəticə göstərib.

Qeyd edək ki, təşkil olunan peşə hazırlığı təlimlərinin əsas
məqsədi ölkədaxili sərnişin və yük daşımalarını həyata keçirən
sürücülərin peşə bilik və bacarıqlarının artırılması, onların
peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yol hərəkətinin
təhlükəsizliyinin gücləndirilməsi və daşınma xidmətlərinin
keyfiyyətinin yaxşılaşdırılmasıdır.