
Bakı.Trend:
ABŞ Yəməndən olan husi döyüşçülərin dənizdə hücumları davam
etdirəcəyi təqdirdə İrana zərbələr endirəcəyi ilə bağlı xəbərdar
edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsindəki paylaşımında bildirib.
“”Truth Social”dakı bu paylaşımım bir xəbərdarlıq kimi qəbul
edilsin. Əgər onlar bunu yenidən etsələr, Birləşmiş Ştatlar buna
görə, İranı cavabdeh sayacaq. Çünki husilər İranın etibarlı
qüvvələri və ya onun dəstəklədiyi qruplaşmadır. Bu halda həm İran,
həm də husilər ciddi hərbi cəza ilə üzləşəcəklər. Mən husilərdən
çox məyusam, çünki onlar indiyədək kifayət qədər peşəkar və
müdrikcəsinə hərəkət edirdilər”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, husilər cümə axşamı Səudiyyə Ərəbistanına məxsus
“Encelia” və “Layla” adlı iki neft tankerinə hücum ediblər. Hərəkat
bu gəmilərin elan etdikləri dəniz blokadasını pozduğunu iddia edib.
Ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən
hücum nəticəsində tankerlərdə yanğın baş verib.

