Küveyt-İraq sərhəd məntəqəsi dron hücumuna məruz qalıb

Baş səhifə

Bakı.Trend:

Küveytin İraqla sərhəddə yerləşən Əbdəli nəzarət-buraxılış
məntəqəsi dron hücumuna məruz qalıb.

Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Dron hücumu nəticəsində infrastruktura ziyan dəysə də, can
itkisi qeydə alınmayıb.




Küveytin şimalındakı Əl-Cəhra əyalətində yerləşən Əbdəli ölkənin
İraqla əsas quru sərhəd-keçid məntəqəsidir. Bu məntəqə iki ölkə
arasında sərnişin və kommersiya daşımalarının həyata keçirildiyi
əsas marşrutlardan biri hesab olunur.

İran bu gün səhər saatlarında ABŞ hərbi obyektlərinin yerləşdiyi
Küveytdəki bazalara pilotsuz uçuş aparatları ilə zərbələr
endirdiyini açıqlayıb. Tehran bəyan edib ki, Körfəz ölkəsində
yerləşən üç hərbi bazada anbarlar, yanacaq daşıyan sisternlər və
sursat anbarı hədəfə alınıb