Bakı. Trend:
Budapeşt Avropa İttifaqının köçürülmə prosesində iştirakçı
ölkələr arasında miqrantların bölgüsünü nəzərdə tutan miqrasiya
paktını rədd edir və onun müddəalarını məhkəmədə
mübahisələndirəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş nazir Viktor
Orbanın Aparat rəhbəri Qerqey Quyyaş bəyan edib.
Quyyaş vurğulayıb ki, ümummilli referendumda artıq böyük səs
çoxluğu ilə miqrantların köçürülməsi təklifi xalq tərəfindən rədd
edilib. O bildirib ki, miqrasiya məsələləri ilə bağlı qərarları
yalnız macar xalqı qəbul edə bilər.
Baş nazirin Aparat rəhbəri həmçinin qeyd edib ki, Budapeşt
paktın əleyhinə çıxmaq və onun müddəalarını qüvvəyə minəcəyi
təqdirdə Avropa İttifaqı Məhkəməsində mübahisələndirmək
niyyətindədir.

