
Çin Qəzzaya humanitar böhranın aradan qaldırılması və regionun bərpası üçün 100 mln. dollar ayıracaq.
“Report” AP-yə istinadən xəbər verib ki, bu barədə Çinin Sədri Si Cinpin Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı bildirib.
Qeyd edək ki, E.Makron hal hazırda Çində üçgünlük dövlət səfərindədir.
Si Cinpin bildirib ki, Pekin və Paris aerokosmik texnika, nüvə energetikası, həmçinin yaşıl sənaye və süni intellekt kimi yeni sahələrdə əməkdaşlıq barədə razılaşıblar.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

