
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbayacanda kredit təşkilatlarının
müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 31,169 milyard
manat, vaxtı keçmiş kreditlərin həcmi isə 544,8 milyon manat təşkil
edib.
Trend-in
Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, cəmi kredit
qoyuluşlarının 26,9 milyard manatını milli valyutada kreditlər
təşkil edib.
Milli valyutadakı kreditlərin 447,7 milyon manatının ödəmə vaxtı
keçib.
Hesabat dövründə cəmi kredit qoyuluşlarının 4,216 milyard manatı
xarici valyutada verilmiş kreditlər olub ki, bu kreditlərin də 97,1
milyon manatının ödəmə vaxtı keçib.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin noyabrın 1-nə
milli valyutada qoyulmuş kreditlər 2,9 milyard manat və ya 11,9%
artıb, xarici valyutada qoyulmuş kreditlər isə 478,8 milyon manat
və ya 10,2% azalıb.
Hesabat dövründə milli valyutadakı cəmi kreditlərin 4,4 milyard
manatını qısamüddətli, 22,6 milyard manatını uzunmüddətli
kreditlər, xarici valyutadakı kreditlərin isə 1,1 milyard manatını
qısamüddətli, 3,1 milyard manatını isə uzunmüddətli kreditlər
təşkil edib.

