“Maklaren”in 26 yaşlı britaniyalı pilotu Lando Norris ilk komandası ilə keçirdiyi yarışların sayına görə rekorda imza atıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, sürücü bu nailiyyəti ABŞ-də təşkil olunan Las-Veqas Qran-prisindən sonra əldə edib.
Norris “Formula 1” tarixində birinci komandası ilə 150 yarış keçirən ilk pilot olub. O, 2019-cu ildə Avstraliya Qran-prisində “Maklaren”də debüt etmişdi.
Qeyd edək ki, L.Norris Las-Veqas Qran-prisini ikinci yerdə tamamlayıb. Yarışın qalibi Maks Ferstappen olub. Üçüncü yeri Corc Rassel tutub.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

