Ağcabədidə yük maşını ilə minik avtomobili toqquşdu – Ölənlər var

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədidə yük maşını ilə minik avtomobilinin toqquşması
nəticəsində 2 nəfər ölüb bir nəfər ağır xəsarət alıb.

Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil
yolunun Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən keçən hissəsində
baş verib.




Belə ki, “”GAZel” markalı yük maşını hərəkətdə olarkən “VAZ”
21015 markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ”ın
sürücüsü 1984-cü il təvəllüdlü Vəliyev Orxan hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər O.Vəliyevin həyat yoldaşı Vəliyeva
Türkan və əmisi oğlu 1972-ci il təvəllüdlü Vəliyev Elsevər Ağcabədi
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat edilən
ağır yaralı E.Vəliyev əməliyyatdan sonra xəstəxanada vəfat edib.
Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi müvafiq şöbədə
davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb