Çexiyanın Çeske-Budeyevitse bölgəsində Zlivi-Divçitse xəttində sərnişin qatarlarının toqquşması nəticəsində təxminən 40 nəfər yaralanıb.
“Report” Çexiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Cənubi Bohemiyanın xilasetmə xidmətinin nümayəndəsi Petra Kafkova və dəmir yollarında fövqəladə hallar üzrə idarənin nümayəndəsi Martin Kavka məlumat yayıb.
Məlumata görə, beş ağır yaralı xəstəxanaya çatdırılıb.
Toqquşmanın səbəbləri araşdırılır. Hadisə yerində xilasetmə xidmətləri və dəmir yolu mütəxəssisləri işləyirlər.
Xətdə hərəkət dayandırılıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

