
Bakı. Trend:
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ dövlət
katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerin rəhbərlik
etdiyi ABŞ nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison
Hukerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti ilə görüşməkdən
məmnunluq duyuram. Müzakirələrimiz Ermənistan-Azərbaycan sülh
gündəliyinin irəliləyişi və regional əlaqə təşəbbüslərinin həyata
keçirilməsi də daxil olmaqla, geniş spektrli məsələləri əhatə etdi.
Biz, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq
ruhunu təsdiq edərək, əsas regional və qlobal hadisələrlə bağlı
fikir mübadiləsi apardıq”, paylaşımda qeyd edilib.


