Birinci Uşaq Rəqs Festivalı başa çatıb

Baş səhifə
Birinci Uşaq Rəqs Festivalı başa çatıb

Birinci Uşaq Rəqs Festivalı başa çatıb.

“Report”un məlumatına görə, builki festivalda qeydiyyatdan keçən 28 komandanın 23 komandası aktiv iştirakçı, 5 komanda isə qonaq kimi səhnəyə çıxıb.

Uşaqlar milli və müasir rəqslərdən ibarət proqram təqdim ediblər.

Festivalın sonunda qaliblərə sertifikatlar, diplomlar, mükafatlar və xüsusi hədiyyələr təqdim olunub.

6-9 yaş qrupu üzrə qaliblər:

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

II yer – İnci Sənət Akademiyası

III yer – İnci Sənət Akademiyası

10–14 yaş qrupu üzrə qaliblər:

I yer – 3 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

II yer – 4 nömrəli Gənclər Uşaq İnkişaf Mərkəzi

III yer – Nərgiz Rəqs Qrupu.

Qeyd edək ki, festival Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə təşkil olunub.