ABŞ-nin Merilənd ştatında Azərbaycan mədəniyyəti tanıdılıb

Baş səhifə
ABŞ-nin Merilənd ştatında Azərbaycan mədəniyyəti tanıdılıb

ABŞ-nin Merilənd ştatında “Multikurtual gün” çərçivəsində Azərbaycan mədəniyyəti tanıdılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin keçirildiyi məktəbin şagird və müəllim heyətinə Azərbaycanın zəngin mədəni irsini təqdim edilib.

“TəqdimatdaAzərbaycanın coğrafiyası, ənənələri, incəsənəti və mətbəxi vurğulanıb, ardınca milli rəqsimiz olan “Uzundərə” ifa olunub. Müəllimlər və şagirdlər böyük maraq və həvəs göstəriblər ki, bu da Azərbaycanın mədəniyyətini icma ilə bölüşmək üçün gözəl bir fürsət yaradıb”, – diplomatik nümayəndəlikdən qeyd edilib.