
Bakı.Trend:
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) işğaldan azad
edilmiş ərazilərdə fəaliyyət göstərən “İcma Mina Aksiyası”
komandası qadın minaaxtaran vəzifəsinə işçi qəbulu elan edir.
Trend xəbər
verir ki, qadın minaaxtaran vəzifəsinə işçi qəbulunda aşağıdakı
tələblər mövcuddur:
Minaaxtaran vəzifəsinə müraciət etmək istəyən şəxslər aşağıdakı
meyarlara uyğun olmalıdırlar:
Azərbaycan Respublikasının vətəndaşı olan, 18-30 yaş aralığında
fiziki və əqli cəhətdən sağlam şəxs (qadın);
Məsuliyyətli, nizam-intizamlı və komanda şəraitində işləməyə
uyğun;
Cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluğu olmayan;
Narkotik və psixotrop maddələrə asılılığı olmayan şəxs.
Təminat və şərtlər:
Rəqabətqabiliyyətli əməkhaqqı və səmərəli fəaliyyətə görə
mükafatların verilməsi;
Gündəlik yemək, geyim (xüsusi forma) və yaşayış yeri ilə təmin
edilmə;
Əməkhaqqı: 1000 AZN;
İş qrafiki: həftə içi 5 gün (08:00–17:00);
Şənbə və bazar günləri işləyənlərə həmin günlər üçün ikiqat
ödəniş.
Maraqlanan xanım namizədlər aşağıdakı sənədləri
[email protected] elektron poçt ünvanına və ya 051 215 08 80
WhatsApp nömrəsinə göndərməklə müraciət edə bilərlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
CV və ya bioqrafiya.
Sənədlərin qəbulu üçün son tarix: 13 noyabr 2025.

